ABŞ-ın HDD (Hərbi Dəniz Donanması) beton binaların 3D çapı ilə maraqlanır.
Bina “çap” etməyə qadir nəhəng robot ideyası uzun müddətdir ki, dillərdədir. İndi, ABŞ-ın HDD-si Milli Elm Fondu ilə birlikdə beton çap edən texnolo-giyanın praktiki tətbiqi inkişafını maliyyələşdirir.
Bu təşkilatlar mülki binaların, tikintisi üçün avtomatik sistemlərin inkişafı ilə məşğul olan Contour Crafting kompaniyasına öz dəstəklərini təklif ediblər, təhmin etmək çətin deyil ki tikinti üçün istifadə olunacaq material betondur. Şirkətin təsisçisi, Berok Hoşnevis – maşınqayırma professoru və Cənubi Karolina Univer-sitetinin yüksək sürətli avtomatlaşdırılmış istehsal texnologiyaları Mərkəzinin direktorudur.
Onun veb saytı Contour Crafting texnologiyasını bir dəfəyə tək bina və ya bütün məhləni- fərdi memarlıq dizaynından istifadənin mümkünlüyü ilə- yarada bilən tex-nologiya kimi təsvir edir. Hoşnevise görə, “beton” printerünə sahəsi 230 kv metr olan bina “çap” edə bilər. Hərbçilər üçün bu, minimal infrastruktur ilə ucqar ərazilərdə daimi qurğuların kifayət qədər sürətli tikintisi deməkdir. Hərbi qurucu-luq qoşunları təchizat yerinə printer və istehsal materialları ilə gələ bilərlər, hansı ki, Contour Crafting texnologiyasından istifadənin potensial faydasını aydın edir.
Contour Crafting- təbəqələşmiş istehsal texnologiyası, fəaliyyət prinsipi baxımın-dan 3D printerlərinin iş prinsipi ilə bənzərdir. Binanın proqramlaşdırılmış konturlarını tək-rarlayaraq kompüterlə idarə olunan ucluq maye betonu xaric edir. Beləliklə bina qatbaqat düzəlir. Hal hazırda, beton divarlar/sm ² sıxlıq gücünə tab gətirə bilər. Sistem əsas sxemi zəruri elementlərlə tamamlamağa imkan verir. Məsələn , mexaniki manipulyator divarların möhkəmliyinin artırılması üçün polad armatur rulonlarını əlavə edə bilər, strukturun özü isə lazımi pəncərə və qapı açılışları, elektrik, santexnika və havalandırma sistemləri ilə inşa edilə bilər. Contour Crafting-in mövcud texnologiya üzərində əsas üstünlüyü yüksək keyfiyyətli ayırıcılıq və tikinti sürətidir, hansı ki, adi robotexnika və yenilikçi 3D çap texnologiyası vasitəsi ilə mümkündür.
Müəllif: Sergey P. (Bleki)