Toy tortunun bəzədilməsi üçün 3D printerdə öz miniatür heykəlciklərinizi çap edin.
Oksfordşirdə keçirilən Emili və Karl Oqastorpun toyunda 3D çap olunmuş balaca heykəlcikləri diqqət mərkəzində olub. 3D printerdə çap olunmuş fiqurlar cütlüyün dostu və texnologiya sahəsində mütəxəssis olan Stiven Dey tərəfindən yaradılıb və onlardan toy tortunun bəzəyi kimi istifadə olunmuşdur. Üstün oxşarlığa nail olmaq üçün Oqastorplar yemək üçün olan fırlanan sini üzərinə çıxdılar və ev istehsalı olan Xbox Kinect kimi eyni texnologiya istifadə edən skanerdən skan olundular. Skan yalnız 20 saniyə davam etdi. Əldə edilən məlumatlar Ultimaker 3D printeri vasitəsilə cütlüyün miniatür surətlərinin çap olunması üçün istifadə olundu. Lay qalınlığı 0.1 mm olan işə 2 saata yaxın vaxt sərf olunub. Çap olunduqdan sonra fiqurlar tortun üst hissəsində quraşdırıldı və Oksfordşir qraflığında Blenheim sarayında keçirilən toy mərasimində əsas söhbət mövzusuna çevrildilər.
Xanım Oqastorp qeyd edir ki, oxşarlıq inanılmaz dərəcədə alınıb: “Əla idi. Qonaqlar tortun üzərindəki fiqurları görəndə deyirdilər: “Allahım, həqiqətən bu sizsinizmi?” Onlar bizi dərhal tanıyırdılar”.
Müəllif: Sergey P. (Bleki)