3D printerdə çap olunan qönçələr çiçəklədi
Yeni Zellandiyalı dizayner Riçard Klarkson sübut etdi ki, hazırki vəziyyətdə üç ölçülü çapın bizim üçün açdığı imkanları təsəvvür etmək çətindir. Onun layihəsi şirkətlərin unikal dizayn layihələri zamanı istifadə etdikləri üç ölçülü çapdan tamamilə fərqlidir. Riçard Klarkson birləşdirilmiş çevik materiallarla təcrübə keçirərək əsasında dinamik dəyişkənli obyektlərin hazırlaması mümkün olacaq nümunələr əldə etməyə çalışmışdır.
Inkişaf etdirilmiş texnologiyanı səmərəli nümayiş etdirmək üçün dizayner üç ölçülü printerdən istifadə etmiş və çiçəkləyən bitkiləri çap etmişdir. Standart 3D printer vasitəsi ilə yenidən yaradılan obyektlər adi hərəkətsiz heykəltəraşlıq nümunəsi kimi görünür, lakin Riçard Klarksonun çiçəkləri demək olar ki, canlılar kimi davranır və öz formalarını dəyişə bilirlər. Hava axınının içiboş ləçəklərin mərkəzinə “Qönçəyə” daxil olmasını təmin edən ləçəklərin çevik materialları və sadə layihə sayəsində çiçək açılır.
Riçardın qurğusu heç bir elektronika və ya sensora ehtiva etmir – hər şey çox qeyri-adi və demək olar ki, real görünür. Dizaynerin özü isə əmindir ki, onun “yapışmasız -havalı” texnologiyası praktikada öz istifadəsini tapacaq.
3D printerdə çap olunmuş “canlı” güllərə aşağıdakı videonümayişdə baxa bilərsiniz.