3D printerdə çap olunmuş ilk 18 karat qızıldan İphone 5S
Müasir texnologiya və zərgərlik məmulatlarının aşiqi olan və iPhone, iPad və iPod texnologiyalarının qızıl və svarovski daşları ilə bəzədilməsi üzrə ixtisaslaşan Hadoro kompaniyasının işçiləri 18 karatlıq 125 qr qızıldan unikal iPhone yaratdılar.
iPhone 3D printer vasitəsilə dizayn edilib hazırlanmış, lakin rənglənməsi tamamilə əllə olunmuşdur. Şirkətin məlumatına görə işçilər cihazın ən xırda hissələrinin tamamlanması, cilalanması və təmizlənməsinə 200 saatdan çox vaxt sərf ediblər.
Kütləvi şəkildə qızıl iPhone 5S məhdud sayda istehsal olunacaq. Yalnız 50 belə modelin istehsal edilməsi planlaşdırılır. Hadoro kompaniyası sarı və qırmızı çalarlı 18 karatlıq qızıldan hazırlanmış iPhone modelilə təmin edəcək və cihazın başlanğıc qiyməti 55000 avro ətrafında olacaq. Artıq ilk nümunələri Parisdə Colette mağazasından əldə etmək mümkündür.
Sergey P. (Bleki)