Hollandiyada 3D çap xidmətləri təklif edən mağazalar açılır
Hollandiya, Rotterdamda ilk 3D çap xidmətləri təklif edən Ridiks mağazasının açılışı baş tutdu. Skeptiklər kimi, üç ölçülü çap tərəfdarları da Rotterdam Westblaak 87 ünvanında yerləşən Ridiks mağazasında texnologiyanı təcrübədə yoxlaya bilərlər. Üç ölçülü çapın keyfiyyəti və işlərin nümayiş olunması 3D printerlərin icarəyə verilməsi və satışını həyata keçirən mağazaya daha çox diqqət cəlb edir. Ridiks holland istehsalı olan məhsulları, həmçinin Vanhao, RoBo, Builder, 3DSystems, Felix və Leapfrog firmalarının mövcud olan və keyfiyyətli üç ölçülü printerlərini təklif edir və onların yerindəcə əldə edilməsinə imkan yaradır.
Hər kəs yaradıcı ola bilər”- bu, Hollandiya, Arnhemdəki Rijnstraat küçəsində yerləşən 3D printerlərin satışı ilə məşğul olan Makerpoint mağazasının şüarıdır. Mağazadakı çeşidlər arasında 3D printerlər, 3D skanerlər və 3D texnologiya ilə əlaqəli digər məhsullar da var. Bir sıra printer modellərinə Makerbot, Ultimaker, 3Dsystems və Builder firmalarından olan cihazlar da daxildir.
Keçən il Haarlem şəhərində Studio Van Pampus 3D printer mağazası açıldı. O, Hollandiyada bu növ ilk müəssisə olmuşdu. Mağazanın sahibəsi Hanneke van Pampus öz müəssisəsini belə təsvir edir:
“Siz hazır dizaynı gətirə və ya öz məhsulunuzu yarada bilərsiniz… Biz böyük miqdarda telefon üçün futlyar sifarişi alırıq. Müştəri öz dizaynını yükləyir, biz isə qiyməti deyirik. Sonra biz sifarişçi ilə layihəni müzakirə edir və hazır məhsulun yaradılması üzərində işləyirik”.
Müəllif: Sergey P. (Bleki)