Romen Lorandan (Romain Laurent) qeyri-adi animasiya portretləri
Kommersiya layihələri və şəxsi iş rejimindən yayınmaq üçün fotoqraf Romen Loran özünü son dərəcə unikal və əyləncəli animasiya portretlərinin yaradılmasında sınaqdan keçirir. Hər bir belə iş müəllifin yaradıcı təcrübəsidir. Bu təcrübələrdə müəllif yalnız kortəbii və qeyri-ənənəvi fikirlərdən istifadə edir, başqa sözlə desək ağlına nə gəlsə onu.
Nəticələr hər zaman gözlənilməz və nataraz alınır, bununla yanaşı da çox kreativ görünürlər. Loran hesab edir ki, bu cür təcrübələr öz yaradıcılığını şaxələndirmək, təxəyyülünə azadlıq vermək və hər hansı bir çərçivədən uzaq olmağın ən sadə və səmərəli yoludur. Bu səbəblə o, hər həftə boş vaxtını məmnuniyyətlə qeyri-adi animasiya şəkillərinin yaradılmasına sərf edir. Şəkilləri ortaq mövzu ətrafında birləşdirmək, hətta onlar arasında bir neçə oxşarını tapmaq belə mümkün deyil. Özünüz buna əmin olun.