3D çap olunmuş RC Subaru WRX STI 30.000 taxta çubuq ilə rəqabət aparır
Siz əvvəllər StickBomb haqqında eşitmisinizmi? Yastı taxta çubuqlar təzyiq altında birləşir, sonra əgər onlardan birini çəkib çıxarsan çubuqlar domino kimi dağılır. Beləliklə, bu oyuncaq Subarunun radio-nəzarətli (RC) 3D çap modeli ilə rəqabət apardıqda nə baş verir?
Yeni və güclü WRX STI modelinin təşviqatı üçün yapon avtomobil istehsalçısı Subaru Stickbombs və Subarunun miniatür 3D çap modelindən istifadə edərək video təqdimat hazırladı. Subaru şirkəti deyir ki, çəkiliş zamanı 30.000-dən çox çubuqdan istifadə olunub, həmçinin hər çəkilişdən sonra onları yenidən quraşdırmaq lazım olurdu. Avtomobilin bənzərsiz modelini məxsusi reklam çarxının çəkilişləri üçün 3D çap ediblər.
Çəkilişlər demək olar ki, fasiləsiz olaraq üç gün ərzində yapon studiyasında həyata keçirilib. Tam olaraq istifadə olunan çubuqların sayı məlum deyil, lakin onların sayı 30.000-i üstələyir. 3D printer vasitəsi ilə hazırlanan avtomobilin modelinin korpusu o dərəcədə hərtərəfli düşünülmüşdür ki, avtomobili idarə edən personal öz təəccübünü saxlaya bilməyib.
Subaru WRX STI ($ 34,495 dəyərində) bu ilin aprel ayında satışa çıxarılacaq. Həmçinin, avtomobil iyun ayında keçiriləcək məşhur Nürburgring 24 Hour yarışlarında iştirak edəcək.