Nyu-Yorkdakı 3D PrintShowda Objet500 Connex3 ulduz oldu
Stratasys şirkətindən olan Objet500 Connex3 qeyri-adi cihazdır. Onun reaktiv texnologiyası müxtəlif rəng və müxtəlif növ materiallardan istifadə etməklə 3D çapdan istifadə etməyə imkan yaradır. Əvvəllər, bu tip printerlər detallı prototiplər yaradırdı, lakin 3D çap daha çox yekun məhsullarının istehsalı üçün istifadə olunur. Bununla da sayı artmaqda olan layihələr ilə qarşılaşmağa başlamışıq, Cənubi Afrikadan olan Mikaella van Vuurenin işi kimi.
Nyu Yorkdakı 3D PrintShowda van Vuuren öz köməkçiləri ilə dünyaya Connex3 vasitəsilə hazırlanan 3D çap geyimlərini nümayiş edib. Modellər yeni texnologiyanın imkanlarını nümayiş etdirərək 3D PrintShow-nun podiumunda gəziblər. Yaradılmasına təxminən 6ay sərf olunan modelləri 3D çapdan başqa digər bir vasitə ilə istehsal etmək mümkün deyildi.
Van Vuuren deyir ki, kolleksiya üç “qitədə” həyata keçirilən işlərin nəticəsi oldu. O, geyimlərin eskizlərini ənənəvi üsulla, qələm və vərəq vasitəsilə hazırlayıb, sonra isə rəqəmsal 3D heykəllərini və CAD təsvirlərini yaradıb. Hazır xətti Uformiadan (Norveç) olan Turlif Vilbrandt emal edib, çapı isə Stratasys şirkətindən olan Tal Eli və Daniel Dikovski İsraildə Objet500 ConneX 3-dən istifadə edərək yerinə yetirib. Bu şəkillərdən göründüyü kimi nəticələr qənaətbəxş alınıb.