Yığcam 3D çap qələmi Lixpen
2013-cü ildə Kickstarterdə 3Doodler, 3D çap qələmi, 2.3 mln. dollardan çox gəlir əldə edib. Məlum oldu ki, həqiqətən 3D çap obyektlərinin qələm vasitəsilə yaradılma imkanı insanların rəğbətini qazandı.
İndi isə, cəmi bir neçə həftədən sonra, Kickstarterda yeni 3D çap qələmi işıq üzü görəcək. Dərhal bir fikir meydana çıxır ki, bu, 3Doodlerin növbəti surətidir. Lakin digər analoji modellərdən fərqli olaraq, yeni 3D çap qələmi nəfis dizayna malikdir və daha çox adi diyircəkli qələmi xatırladır.
Lixpen adlı 3D çap qələmi 3D printer prinsipi ilə işləyir: rəngli plastiki soyudur və bərk qızdırır, sərt və sərbəst dayana bilən strukturları hazırlamaq imkanı yaradır. Dünyanın ən kiçik qələmi adlanan Lixpen çox yüngül və rahatdır. O, alüminium korpusa malikdir və 3D printer üçün bu günün ən məşhur material növlərini dəstəkləyir: ABS və PLA lifi. Ekstruziyanın sürətini tənzimləmək üçün iki düymə nəzərdə tutulub.
Bir çox hallarda Lixpendən istifadə yapışqan tapanca ilə işləməyə bənzəyir. Elektrik kabelini və ya USB-ni qoşmaq və LED istilik indikatoru qələmin lazımi dərəcədə qızdığını göstərənə qədər gözləmək lazımdır, bu proses ən azı 1 dəqiqə davam edir. İndi isə, rahatlıqla rəsmə başlamaq olar.
Bəs Lixpenin əldə olunması neçəyə başa gələcək? Anton Suvorov, Lixpenin yaradıcısı, 2 növ 3D çap qələm rəngini təklif edir: mat qara və mat ağ. Kickstarterdə layihənin tərəfdarları qələmi 139.95 dollara əldə edə biləcəklər. Qələmin istifadəsinin rahat olmasına baxmayaraq, təmiz 3D modelinin yaradılması bacarıq və səbr tələb edir. Layihənin icrası 1 saata həyata keçmir.