Dəmir əşyalar üzərində naxış
Litvalı rəssam Severiya İnsirauskayte-Kriaunevisiyene ilmə ilə naxış qoyma kimi qədimi tikiş sənətinə tamamilə yeni tərzdə yanaşdı. Onun bu əziyyətli məşğuliyyətə öz yanaşması var-o, metal səthlərdə naxış çəkir.
Severiya klassik dekorativ güllü naxışları jurnallardan götürür, sonra isə əvvəlcədən “kətan”da lazımi qədər dəlik yaradaraq onları hər hansı bir metal obyekt üzərində işləyir. Bu, kürək, qaşıq, paslanmış vedrə və ya maşının başlığı ola bilər, ümumilikdə desək, deşilə bilən bütün avadanlıqlar. Ənənəvi toxuma ilə tikicilikdən tamamilə uzaq olan əşyaların birləşdirilməsi, necə desək, gözlənilməz görünür. Bundan əlavə bu işlər əyləncəli də hesab edilə bilər, məsəl üçün, konserv qutusunun dibində toxunmuş naxışlar.
Yaradıcı sənətkarın işlərinin şəkillərinə baxa bilərsiz