2022 Dünya Kubokunun Qətərdəki ilk stadionunun maketi təqdim olunub
2022 Dünya Kubokunun Təşkilat Komitəsi Qətərdə keçiriləcək dünya çempionatı üçün tikiləcək stadionlardan birinin təqdimatını keçirib.
Yeni stadion paytaxt Dohanın 10 kilometrliyində yerləşən Al Wakrah ərazisində inşa ediləcək. Memarın planına əsasən, binanın xarici dhownu – ənənəvi ərəb gəmisini, adətən bir dirəkli olur – xatırladacaq.
Əlavə etmək istərdik ki, arena futbol meydançasında temperaturu 26 dərəcəyə, tribunalarda isə 24-28 dərəcəyə qədər sərinləşdirməyə malik xüsusi texnologiya ilə təchiz olunacaq.
Şərh yaz