Rendella Rozentalyanın ağacdan meqa realistik heykəlləri
Ilk dəfə Rendelya Rozentalyanın işlərinə baxdıqda bütün bu əşyaların yaradıcılıqla nə əlaqəsi olduğunu anlamaq çətindir: qəzet və jurnal yığınları, pul banknotları, kitablarla dolu olan yararsız karton qutular.
Bu dəstlərin əslində bütövlükdə ağac (ağ şam) parçasından hazırlandığını, onları ələ götürdükdə müəyyən etmək olar. Sənətkar yalnız iki komponentdən istifadə edərək belə bir möhtəşəm inandırıcı uyğunluğa nail olur: ağac, akril boya, və əlbəttə ki, istedadı. Onsuz taxta qəzet səhifələri, köhnəlmiş fakturalar və yarımşəffaf lent hissəcikləri çətin ki, belə realistik alınardı.
Bu taxta kompozisiyaların başqa gözəl xüsusiyyəti müəllifin özünün onları kəşf etməsidir. O, heç vaxt şəkillər və vizual modellər ilə işləmir, yalnız fikrində yaradılan obrazlara diqqətini yönəldir. Buyurun, necə alındığına baxın.