3D çap edilmiş elektrik motosiklet
İstehsalçı İtalyan şirkəti sənət əsərləri, peyklər və elektrik motosiklet yaratmaq üçün 3D çapdan istifadə edir. Modendə, italyan mühərrik vadisində, F1 texnologiyası ilə ilk italyan elektrik motosikleti Energica Ego yaradıldı.
Karbon liflərlə sıxlaşdırılmış poliamid əsaslı material olan Windform və selektiv lazer aqlomerasiya texnologiyasından istifadə edərək CRP Group mexaniki və elektrik komponentlərdən savayı dalğavari formaları, fara və motosikletin hissələrini yarada bilir. Windform xətti su, yağ və digər xarici amillərə qarşı davamlıdır. Bunun sayəsində müxtəlif məqsədlər üçün istifadə edilə bilən yüksək funksiyalı və gözəl detallar yaratmaq mümkündür.
Lazer səthi toz ilə örtülmüş layları 3d modelin rəqəmsal bölünən kəsimini skan edərək toz materiallarını selektiv əridir. Hər eninə kəsim skan edildikdən sonra toz layı bir layın indeksləşdirilmiş miqdarına düşür, sonra üst hissəyə yeni lay material çəkilir. Bu proses detal tam hazır olana qədər təkrarlanır. 3D çap olunmuş prototiplər və funksional hissələr metal qatı ilə örtülür və rənglənir.
Energica Ego ənənəvi endotermik motosiklet növü əsasında yaradılan ilk italyan elektrik motosikleti oldu. O, sürətini 240 km/s artıra və 150 km/s ilə hərəkət edə bilər. Akkumulyatorun doldurulmasına azı 3 saat vaxt sərf olunur. Energica Ego KERS innovasiya sistemi ilə təchiz olunub, bu, ona F1 avtomobillərində olduğu kimi yararlı enerjini bərpa etməyə imkan yaradır. Bir növ unikal olan bu layihə çərçivəsində bir neçə patent qeydə alınıb.
Energica Ego 2015-ci ildə bazara çıxarılacaq, ənənəvi texnologiyaya əsasən o, ABS-dən hazırlanacaq. 3D çap hissələri Windformdan, müqavimət sipəri isə kütləvi istehsal üçün yararlı olan texnologiyadan hazırlanacaq. Lakin bütün metal hissələr (məsələn, mühərrik çərçivəsi, çəngəllər və akkumulyator) tökmə alüminiumdan hazırlanacaq.
Son olaraq, CRP Group bazara mühərrik sipəri olmayan Energica Ego versiyasını çıxarmağa hazırlaşır. Bu model 3D çap texnologiyası və Windform materialları vasitəsilə yaradılacaq. Bu prototip hələ tədqiqat mərhələsindədir, dizayn, aerodinamika və digər göstəriciləri yoxlanılır, lakin tezliklə o, bazarda debüt edəcək.