Dilarə Kazımovanın 3D surəti hərracda satılacaq
Azərbaycanın Avroviziyadakı təmsilçisinin 3D surətinin satışından əldə olunan gəlir Danimarkanın Kopenhagen şəhərində yerləşən heyvanlar üçün sığınacaq olan “Dyreværnets”-ə köçürüləcək, Dilarə Kazımova əvvəl də könüllü olaraq burada iştirak edib.
Dilarə Kazımovanın yeganə nüsxədə hazırlanmış 20 smlik 3D surəti “Avroviziya 2014”ün paytaxtında ikinci məşqdən sonra keçirilən mətbuat konfransında müğənni tərəfindən təqdim edilib.
İfaçının 3D surəti eBay hərracında satılacaq. “Avroviziya” ərəfəsində Dilarə Kazımova ilə əlaqəli olan bütün suvenirlərin satışından əldə olunan gəlir isə Bakıda heyvanların müdafiəsi təşkilatına köçürüləcək.
Qeyd edək ki, ifaçı Bakıda heyvanların müdafiəsi təşkilatının fəal üzvlərindəndir. Onun evində taksa və pişik yaşayır. İfaçı təbii xəzdən olan heç bir əşyanı istifadə etmir və müasir cəmiyyətdə insanların heyvan haqlarına diqqətini cəlb etmək məqsədi ilə keçirilən xeyriyyə tədbirlərində iştirak edir.
Mənbə : http://www.1news.az/