Mühtəviyyata keç

3D printerdə avtomobili necə layihələşdirməli

May 6, 2014

Dassault Systèmes şirkətinin mühəndisləri həcmli çap texnologiyasının köməyi ilə necə avtomobil layihələşdirilməsini nümayiş etdilər.

catia-project-bleu

3D-layihələşdirmə sahəsində ixtisaslaşan şirkət “Bleu” layihəsini təqdim etdi, onun məqsədi sıfırdan şəxsi, korporativ konsept-car yaratmaq idi, CAD paketdə həyata keçirilən ən yeni modelləşdirmə texnologiyasının nümayiş etdirilməsi üçün.

“Bleu” layihəsi 2013-cü il ərzində  “Dassault Systemes” bölməsi-CATIA dizayn- tərəfindən həyata keçirilirdi. Yaradıcı dizaynerlərdən, konseptual modelləşdirmə üzrə iki mütəxəssisdən, vizuallaşdırma sahəsində iki ekspertdən, səth modelləşdirmə üzrə A dərəcəli iki mütəxəssis və bir mexaniki modellər hazırlayan ustalardan ibarət olan bütöv bir komanda yaradılmışdır. Multi-kompozisiyalı çap üçün 3D printerin-Objet260 Connex- istifadə edilməsi layihədə mühüm rol oynadı. “Bleu” layihəsinin gedişində əldə olunmuş bütün modellər beş inkişaf mərhələsindən keçib.

objet260-connex-multi-material-3d-printerBirinci mərhələdə layihəçi komandanı miniatür modell-ərin yaradılmasında özlərini sınamaq gözləyirdi. 3D printerdə çap olunan proto-tiplərin uzunluğu cəmi 5sm təşkil edirdi. Bu modellər komandaya gələcək tədqiqatları davam etməzdən əvvəl  kons-truksiyanın əsas çatış-mamazlıqlarını üzə çıxarmaq üçün şərait yaradacaqdı. Ikinci mərhələdə komandanın üzvləri konsept-car ölçülərinin təd-qiqatı və öyrənilməsi üçün 10 sm uzunluğunda olan 3D modelləri istifadə edirdilər. Çap olunmuş modellər əminlik yaratdı ki, həcm və ölçü qavrayışı baxımından dizaynın bütün elementləri dəqiqliklə balanslaşdırılıb və bir-biri ilə mükəmməl uyğunlaşırlar.

3d-printed-auto-design-models 3d-printed-car-design-model

Layihənin üçüncü mərhələsi- onun aerodinamik xassələrinin araşdırılması üçün lazım olan aerodinamik modelin (speedform model) istehsalı. Bu modelin bəzi hissələri yox idi- təkərləri, güzgüləri, interyeri, lakin o, aerodinamik tuneldə sınaqdan keçməli idi. Aerodinamik tuneldəki sınaqlardan sonra konsept-car “Bleu”nun yenilənmiş və təkmilləşdirilmiş modeli 26 sm-ə qədər böyüdü, yəni indi o, Objet260 Connex printerinin bütün altlığını işğal etdi. Bu mərhələdə modelin yeni hissələri yarandı- güzgü və bamperlər.

“Bleu” layihəsinin son mərhələsində konsept-car-ın tam funksional modeli çap olunub. Təkərlərin əsl avtomobildəki kimi hərəkətini təmin etmək üçün mühəndislər şassinin konstruksiyasında dəyişikliklər ediblər. Yeni şassinin layihələşdirilməsi CATIA Natural Shape proqramında həyata keçirilib, bu, konstruksiyanı daha tez təkmilləşdirməyə imkan yaratdı.

multi-material-3d-printed-car-models

Konsept-car-ın konstruksiyasının elementlərini 3D printerdə çap etmək üçün “Bleu” mühəndisləri bir neçə növ materialdan PolyJect, həmçinin şinlərin hazırlanması üçün qara elastik TangoBlackPlus, şassinin çapı üçün sərt mat-ağ VeroWhitePlus və pəncərələrin hazırlanması üçün şəffaf VeroCleardan istifadə etdilər.

From → 3D Printer

Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma