Dünyada ən ensiz ev
Avstriyalı rəssam Erwin Wurm müasir insanı əhatə edən ən sadə əşyaları, hadisə və problemləri ən qeyri-adi şəkildə təqdim edə bilir. Həmçinin onun işi yumor ilə doludur və tamaşaçılara gündəlik qayğılara və çətinliklərə daha sadə yanaşmağa kömək edir. Məsələn, onun qurğularından biri – Ensiz ev –müasir insanın sığınmağa məcbur olduğu yaşayış yerinin nə dərəcədə məhdud olduğuna rişxənd edir (maraqlıdır, Erwin bizim “Xruşşovkalar”da olubmu ?)
Bu evin ensiz otaqlarında sözün əsl mənasında bütün əşyalar öz adi ölçülərinə görə dəfələrlə kiçildilib. Burada gülünc dərəcədə ensiz mebel, interyer əşyaları, hamam, çanaq və tualet kağızı mövcuddur. Bütün bunlara ilk reaksiya, əlbəttə ki, gülüş olacaq. Və yalnız bundan sonra hər şeyi və hər yeri diqqətlə nəzərdən keçirmək istəniləcək.
Əyləncəli instalyasiyanın ətraflı təsvirlərinə baxın