Velosipedi musiqi alətinə çevirdilər…
Musiqiçilər hər zaman yaradıcılıq axtarışında olurlar və əhval-ruhiyyə, melodiya və ritmin ötürülməsi üçün yeni üsullar axtarırlar. Onların daimi təcrübələri sayəsində zaman-zaman Liverpul dördlüyünün “Benefit of mr Kite”ı və yaxud Vangelisin “Alpha” epik kompozisiyası kimi əfsanəvi əsərlər yaradılır. Bəzən isə onların fantaziyaları qeyri-adi musiqi alətlərinin yaranmasına gətirib çıxarır.
Məsələn, Koliforniyadakı Oklend amerikan şəhərciyindən Coni Rendom öz velosipedindən istifadə edərək musiqi bəstələyir. Və bunu peşəkarcasına edir, belə ki, hazır bəstəni eşidəndə müasir elektron musiqi alətlərindən istifadə olunduğu zənn edilir. Amma hər şey göründüyündən də asandır.
Uşaqlıqdan Conini velosipedin bu və ya digər hissələrinin yaratdığı səslər cəlb edirdi. Əgər velosipedin təkər simlərinə vursaq cingiltili səs eşidiləcək, əgər fırlanan zəncirə qulaq versək bənzərsiz səs eşitmək olar. Beləliklə bütün bu cingilti və tıqqıltıları birləşdirsək gözəl ahəngdar melodiya alınar.
Velosipedin necə səsləndiyinə baxın və dinləyin…