Tanınmış rəssamların sancaq və xırdavatdan hazırlanmış portretləri
Nyu York rəssamı Maykl Meypsin (Michael Mapes) öz işlərini yaratmaq üçün istifadə etdiyi əşyalar dəsti, məlumatı olmayan insan üçün çox qəribə görünə bilərdi. Həqiqət də budur ki, Maykl yüzlərlə xırda detallardan heyrətamiz kollajlar düzəldir: fotoşəkillər, jelatin kapsullar, plastik çantalar və böyüdücü şüşələrin hissələrindən, muncuqlar və digər müxtəlif xırda əşyalardan, hansıları ki, o, kətan üzərinə sancaqlarla bərkidir (həşərat nümunələri kimi). Onun ən son işləri – Rembrandt dövrünün Holland ustalarının rəsm əsərlərinin yenidən yaradılmasıdır. Rəssam baza kimi məşhur portretlərin fotoşəkillərini götürür və müxtəlif çeşidli detallardan ibarət özünəməxsus pazllara çevirirdi.
Uzaqdan Meypsin işləri həqiqətən təsirli görünür, lakin yaxından onları nəzərdən keçirmək daha maraqlıdır, çünki hər bir kollaj – tam bir “layihə”dir.