3D çap ilə hazırlanmış ərəb üslubunda tavan
123D icmasının üzvlərindən biri Mark Leonard 3D çap texnologiyasının köməyi ilə qeyri-adi tavan dizaynı yaratdı.
Leonard Autodeskdən pulsuz 3D 123D alətlərinin köməyi ilə elementlər layihələşdirdi- bu, modelləşdirmə üçün xüsusi 123D proqramıdır, o, pulsuz və 3D modellər yaratmaq üçün istifadə olunan sadə alətdir. Leonard daha bir 123D aləti istifadə edirdi, MeshMixer, hansı ki, 3D modelləri manipulyasiya etmək üçün daha çox imkan verir.
“Tavan” əslində iki müxtəlif texnologiya vasitəsilə yaradılıb: daha mürəkkəb formalar üçün 3D və CNC frezer. 3D çapdan fərqli olaraq CNC frezer hazır obyekt almaq üçün materialın kəsilməsini nəzərdə tutur, 3D çapda modelin yaradılması üçün əksinə olaraq material lay lay yığılır. Biz güman edirik ki, CNC frezer daha iri və eyni zamanda daha az detallaşdırılmış elementlərin yaradılması üçün istifadə edilirdi.
Lakin, ən maraqlısı odur ki, bu, yalnız proqram alətlərinin köməyi ilə əldə edilə bilən son dərəcə qəliz nümayişdir. Əgər Leonard bunu edə bildisə, sizin nələr edə biləcəyinizi düşünün.