İnsecta, çəyirtkədən ilhamlanmış Futurist maşın
İnsecta, adından göründüyü kimi həşəratlarla bağlı cihaz, bu, dizayner Shao Yung Yehin yeni inqilabi maşını layihələşdirərkən düşündüyüdür. O, çəyirtkədən ilhamlanaraq belə bir unikal rəng və dizayn kombinasiyalı maşını layihələşdirdi. Bu, akkumulyatorla qidalanan şəxsi nəqliyyat vasitəsidir və o, ayaqları döş qəfəsi kimi mərkəzi şassilərlə bağlı olan çəyirtkəyə bənzəyir. Çəyirtkənin qarnı kimi akkumulyatorun da alt hissədə yerləşdirilməsi onun daha çox həşərata bənzəməsinə səbəb olur. Canlı bir şey yaratmağa səy göstərən dizayner yüngül, çevik və ekoloji dost olan bu məhsulu yaradıb.
Yeh Tayvanda Cheng Kung Universitetində sənayə müəssisəsi dizaynerliyi üzrə təhsil alan 22 yaşlı dizaynerdir. Onun İnsecta üçün nəzərdə tutduğu texnologiya da öz üslubu kimi qabaqcıldır. Avtomobilin istiqamətinə əsasən dəyişən akkumulyator balans və idarə etməni saxlayır. Burada hub-mounted təkər mühərriklərindən istifadə olunur. Bir bug-leg və iki Citroën hissədən ibarət olan və tənzimlənən üst hissə yol şəraitinə uyğunlaşmaq üçün maşının hündürlüyünü dəyişir.
Yeh, General Motors və ya Toyota kimi gələcəyin maşınını gələcəkdə istehsal edən başqa birini görmür. O, qeyd edir: “Mən düşünürəm ki, unikal elektrik avtomobillər istehsal edən müstəqil şirkətlərin sayı getdikcə çoxalacaq. Onlar innovativ dizayn dilləri axtaracaqlar və öz markalarını istehsal edəcəklər”.