Marcello Barenghidən son dərəcə realistik 3D şəkillər
Italyan rəssam Marcello Barenghi rəngli karandaşlardan, marker və akvareldən istifadə edərək gündəlik həyatda bizi əhatə edən adi əşyaların hiperrealistik təsvirlərini yaradır. Bu, istər əzilmiş pul vahidi olsun, istərsə də bir dəst oyun kartı- ilk anlarda gözünün qarşısında kağız üzərində olan əşya deyil də,sadəcə təsvir olduğuna inanmaq çətindir. Düşünmək olar ki, bu, mahir kələk və ya illüziyadır. Rəssam üçölçülü təsvir effektinə elə ustalıqla nail olur ki, onun zəhmətini sehrbazlıq, əlindəki karandaşları isə sehrli çubuqla müqayisə etmək istəyirsən.
Marcellonun bütün işlərində istedadlı rəssama xarakterik olan eyni stil təzahür edir. Aşağıda siz onları nəzərdən keçirə bilərsiniz
Şərh yaz