Şəxsi geyiminizi çəkin. 3D-dress – dəb dizaynerləri üçün proqram
Dəb və bütün istehsal mallarının gələcəyi bütövlükdə yalnız müasir texnologiya və materialdan asılı deyil, eyni zamanda dizaynın infrostrukturunun, istehsal və satışının dərk edilməsidir. Sürətli istehsal, interaktiv proqram təminatı və interneti birləşdirərək müştərilər bilavasitə dizayn və istehsal prosesində iştirak edə bilərlər.
Qısaca olaraq, “D” kolleksiyanın tamamilə proqram məhsulu olması anlamını verir. D.dress proqramı geyimi sizin ölçünüzə uyğun real formaya çevirmək üçün geyimin eskizini çəkməyə, onu 3D modelinə salmağa, cihazdan çıxarıb tikməyə şərait yaradır. Lazer bıçağı və ya plotter parçadan modeli kəsir, sonradan o, geyimə çevrilir. Bütün dizaynlar “Kiçik qara paltar” adı altında və proqram təminatında istifadə olunan trianqulyasiya ilə birləşir. Bu, praktiki olaraq özünün xüsusi innovativ paltar dizaynını yaratmağa imkan verir.
3D kolleksiyaya malik dizaynerlər və sənaye üçün xüsusi olaraq hazırlanmış bir neçə növ proqram mövcuddur ki, onlar geyimi tamamilə təsvir etməyə çalışırlar, lakin geniş yayılmış bir üsul deyil, çünki geyimin simulyasiyası dizaynın hazır formada necə olacağını dəqiqliklə göstərmir.
Buna görə, continuumfashion.com komandası tamamilə başqa yanaşmadan istifadə etmiş və geyimi virtual olaraq simulyasiya etməyə çalışmır, əksinə real geyimdən istifadə edir, hansı ki, rəqəmsal model kimi görünür. Zəif poliqonlu üçbucaq modellər daha mücərrəddirlər, lakin məhz bu, insanlara geyimlərinin necə görünəcəyini daha dəqiq anlamağa imkan verir, belə ki, ekrandakı təsvir ona tamamilə uyğundur. Trianqulyasiya təmin edir ki, istənilən təsvir maraqlı forma istehsal edəcək, əslində isə onları adi rəsmlərdən yaradır. Bu, rəsm vərdişləri olmadan cəmi bir neçə dəqiqəyə avanqard geyim dizaynının yaradılması prosesini xeyli sadələşdirməyə imkan verir.