Britaniyalı həkimlər 3D vasitəsilə insanın üzünü bərpa ediblər
Britaniyalı həkimlər dördüncü mərtəbədən beton damın üstünə yıxılan kişinin üzünü bərpa ediblər.
Con Fenton (27 yaş) keçən il öz nişanlısı Reyçel Vest ilə Barselonada istirahət edirdilər. O, otelin dördüncü mərtəbəsinin eyvanından ayağı sürüşərək yıxıldı.
Con Fenton nişanlısı Reyçel Vest ilə (qəzadan əvvəl)
Con Fenton (bu gün)
Üzünün bütün sümükləri, əl və ayaqları da sınmışdı. İspaniyada onun diz qapaqları, bud sümüyü və bud-çanaq oynağını əməliyyat etdilər, orada 6ay qaldıqdan sonra Britaniyaya qayıtdı. O, yenidən yeriməyi öyrənməli oldu, həmçinin üzünün bərpası üçün əməliyyat olunmalı idi.
Queen tibb mərkəzinin üz-çənə şöbəsinin cərrahları Fentonun kəllə sümüyünün modelini yaratmaq üçün 3D printerdən istifadə etdilər.
Əməliyyat 14 saat davam etdi. Cərrahlar gəncin qəzadan əvvəlki görkəmini dəqiq bərpa etmək üçün demək olar ki, üzündəki hər bir sümüyü təkrarən sındırıb yenidən yerləşdirməli oldular.
Daren Forvard, İCC-də ortopedik travmalar üzrə məsləhətçi deyir: “Onun bütün sümükləri sınıq idi. Con ən yüksək dərəcəli zədələr almışdı. Onun bütün ətrafları bir neçə yerdən sınmışdı. Kəllə sümüyünün üz hissəsi tamamilə deformasiyaya uğramışdı, lakin beyində ciddi xəsarət yox idi, həmçinin qarın və döş qəfəsində də ciddi təhlükə yox idi. Təəccüblüdür ki, o, ümumiyyətlə, sağ qalıb”.
Fentonun kəllə sümüyünün bərpadan əvvəlki və sonrakı modelləri
3D çap modelinin köməyi ilə həkimlər bütün zədələri dəqiqliklə gözdən keçirə bilərlər. Hadisəni seyr edən Dilip Srinivasan qeyd edir: “Bizim hər şeyi planlaşdırmaq və əməliyyatın keçirilməsinə hazırlaşmaq üçün imkanımız var”.
İndi Con gələcəyə təbəssümlə baxır və öz toyuna hazırlaşır.
“Onlar həqiqi mənada məni həyata qaytardılar”, -Fendon deyir. Növbəti 18 ay ərzində ona yenidən gəzməyi öyrənmək və üz əzələlərinin funksiyasını tam bərpa etmək üçün intensiv terapiya kursu keçmək lazımdır.
Nişanlısı Reyçel deyir: “6 ay əvvəl hər şey həqiqətən çox pis görünürdü, lakin üz əməliyyatından sonra o, daha yaxşı görünür”.
“Bu il asan olmadı, amma indi elə bir hiss yaranıb ki, tunelin sonunda işıq var”.