CERV- relyefə avtomatik uyğunlaşan velosiped
Velosiped istehsalçısı Cannondale şirkəti və Priority Designs studiyası bizə birgə işlərinin bəhrəsini təqdim etdilər. Velosiped bir növ nadir çərçivəyə malikdir, burada konstruksiyanın bütün əsas hissələri gizlədilib, bu, sükan və oturacağın vəziyyətini avtomatik tənzimləmə sistemini layihələşdirməyə imkan verir. CERV-in (Continuously Ergonomic Race Vehicle) üst hissəsi qalxır və enir, sükan isə irəli və geri hərəkət edə bilir. Şəkillərə baxdıqda görünür ki, hətta zəncirlər də çərçivədə gizlədilib. Həmçinin burada ön çəngəl də yoxdur, çərçivəni sadəcə olaraq sükanla birləşdiriblər, lakin ön təkərin fırlanmsı çərçivənin ön hissəsinin fırlanması ilə həyata keçir. Onu artıq sərgidə nümayiş ediblər, ona görə də ümid edək ki, haradasa ondan istifadə olunacaq, heç olmazsa Tour de France yarışlarında.