Matthew Albanesedən füsünkar mənzərələrin həcmli modelləri
Yəqin ki, dünyada elə bir rəssam yoxdur ki, Matthew Albaneseni əcaib və son dərəcə realistik kiçik aləm modellərini yaratma ustalığında üstələyə bilər. Özünün sonuncu seriyası “Qəribə dünyalar” üzərində 5 ilə yaxın müddətdə işləyib. Bütün bu vaxt eskizlərin yaradılmasına, hər bir detalın dəqiqliklə tədqiq edilməsinə və nəhayət, mükəmməl həcmli mənzərələrin yaradılmasına sərf olunub.
Matthew özü qeyd edir ki, müxtəlif əşyaların kiçik modellərinə olan qarşısıalınmaz həvəs gəncliyində yarandı. Onda o, filmlərdə gördüyü fantastik mənzərələr və səhnələrdən təsirlənmişdi. İllər ötdükcə qeyri-adi tərtiblərə marağı nəinki sönmədi, əksinə dəfələrlə artdı və sevimli işinə çevrildi.
Rəssamın ən ovsunlayıcı işlərindən biri “Göl üzərində ildırım çaxan gecə mənzərəsi”dir. Siz onu aşağıda digər şəkillərin arasında görəcəksiniz.