Kiçik otaqda fantastik aləmlər
Koreyalı gənc rəssam Ci Yanq Li (Jee Young Lee) həftələrlə, bəzən isə aylarla öz kiçik studiyasında (360 x 410 x 240) son dərəcə mürəkkəb səhnəciklərin yaradılması üzərində çalışır. Onun işləri – bu, qəribə və tilsimləyici məzmuna malik qeyri-adi aləmdir, hansı ki, heç bir məntiqə sığmır. Belə qeyri-adi əsərlər – bu, sadəcə rəssamın zəngin xəyal gücünün məhsulu deyil, onların hər birinin tarixi var. Onların yaradılması üçün ilham mənbəyini Ci Yanq qədim Koreya nağıllarında və ya onun öz həyatında baş verən hadisələrindəki süjetlərdən alır. Ümumiyyətlə bütün işlərin mərkəzində rəssam şəxsən özü iştirak edir, onu əhatə edən hər bir şey kimi əsrarəngiz.
Siz onun sənəti ilə aşağıdakı şəkillər ilə tanış ola bilərsiz. Bütün şəkillərdə həqiqi otaqdır və heç bir rəqəmsal işləmə mövcud deyil!!!