15 yaşlı məktəbli İphone-u 3D çap vasitəsilə keyfiyyətli stetoskopa çevirməyin yolunu tapdı
Müasir smartfonların əsas əlavə xüsusiyyətlərindən biri də ürək yığılmasının tezliyinin inteqrasiyalı ölçülməsidir. Apple mağazalarında nəbzin ölçülməsi üçün proqram təqdim olunur və bu proqram İphone kamera və işığının iştirakını nəzərdə tutur. Lakin 15 yaşlı məktəbli Suman Mulumudi öz biliyi və 3D printerdən istifadə etdi ki, Apple İphone-u stetoskopa çevirsin və o, dünyadakı bütün həkimlərin işində faydalı ola bilər.
Suman öz ixtirasını Steth IO adlandırdı – bu, smartfon üçün paneldir, onun sayəsində telefon asanlıqla ürək və ağ ciyər yığılmasına nəzarət edə bilir. Ixtira diafraqma ilə tamamlanır, hansı ki, xəstədəki aşağı tezlikli səsləri toplayır və dəstək vasitəsilə mikrafona göndərir, beləliklə, İphone stetoskopa çevrilir.
Steth IO yaradılma fikri necə meydana gəldi? Bütün yeniyetmələr kimi Sumanı da həmişə atasının məşğuliyyəti maraqlandırırdı. Atası Maheş kardioloqdur və o, oğluna asanlıqla başa sala bilərdi ki, tibb dünyası nədir və ürəkdəki küy hansı anlamı verir, həmçinin öz işində üzləşdiyi çətinliklər haqqında məlumat verə bilərdi.
Adi stetoskoplar tibb işçilərinə ürək və ağ ciyər səslərini dinləməyə imkan yaradır, lakin onların köməyi ilə bu səslərdə saxlanılan məlumatları qeyd etmək olmur. Suman bu problemin həllini tapmağa cəhd edirdi.
Keçən ilin yayında Sumanın valideynləri ona masaüstü 3D printer MakerBot Replicator 2 aldılar. “Biz onu birlikdə quraşdırdıq və yarım ilə yaxın istifadə etdik. Bu, ona gətirdi ki, mən 3D printerdə böyük potensialı gördüm” – Suman öz müsahibəsində qeyd edir.
Mağazadan əldə etdiyi detalların və 3D printerin köməyi ilə Suman Steth IO-nu layihələşdirdi. O, deyir ki, panelin ilk versiyasının işlənməsinə iki həftə sərf olundu. Steth IO prototiplər seriyasını 3D çap edərək Mulumudi öz şəxsi Strato Scientific şirkətinin əsasını qoydu. O, patent üçün müraciət etdi, ABŞ-ın dərman və ərzaq məhsullarının keyfiyyətinə görə sanitar nəzarəti üzrə İdarəsindən sertifikat əldə etməyi, həmçinin innovativ cihazın irəliləyişi üçün müəssisənin maliyyələşdirilməsini planlaşdırır.
Suman insanların həyatını yaxşılığa doğru dəyişə bilən bir ideyası yarandığını üçün çox xoşbəxtdir. “Bill Qeyts, Stiv Jobs, Ceff Bezos, Qovard Şults-əsasən Vaşinqtondan immiqrantlardır- kimi insanlar, bir şeyi etdilər: onlar təcrübədən çəkinmədilər və öz ideyalarını həqiqətən dünyanı dəyişən bir reallığa çevirdilər”- deyə Suman əlavə etdi.