Maks Zornın qablaşdırma lentlərindən əl işləri
Holland rəssamı Maks Zorna ilham mənbəyi film seyr edərkən gəlir. Məşhur klassik filmlərin ən yaddaqalan və emosional səhnələrini öz rəsmlərində son dərəcə yaradıcı üsulla yenidən canlandırır. Rəssam öz şah əsərlərini yapışqan qablaşdırma lenti ilə “çəkir”.
Göründüyü kimi, bu, özünə xas xüsusiyyətlərə malik yaradıcılıq üçün əla materialdır. Parlaq ekranda həyata keçirilən belə gözəl rəsmlərin sirri xüsusi detallarda gizlidir. Maks deyir ki, işin gedişatında lentin növünü və yüksək istiliyin təsirilə akril şüşə üzərində necə saxlanılacağını nəzərə almaq vacibdir, əks təqdirdə rəsm uzun ömür sürə bilməz.
Maks lent qatlarının sayının dayişdirilməsi ilə qəhvəyi rəngin müxtəlif çalarlarını əldə edir, lakin ağ rəngin olmalı olduğu yerlərdə o, xüsusi bıçaq və ya neştər ilə fərdi hissələri kəsib çıxarır. Siz aşağıda onun bunu necə etdiyini, həmçinin onun işlərinin fotolarını görə bilərsiniz.