Ford şirkəti prototiplərin istehsalı üçün 3D çapdan istifadə edir
Henri Fordun şirkətində deyilir ki, onların bir çox layihələrində 3D çap texnologiyasından istifadə edilir. Harold Sirs, Ford şirkətində aşqar istehsal üzrə texniki mütəxəssis iddia edir ki, texnologiya istehsalın həcmini xeyli artırmağa imkan verib.
Harold Sirs suqəbuledici hava kollektorunu əlində sıxır.
Forda məxsus beş 3D prototipləşdirmə mərkəzi hər gün yüzlərlə detal hazırlayır. Ən müxtəlif materiallardan – qumdan neylona qədər istifadə olunur. Məsələn, 3D vasitəsilə suqəbuledici kollektorunu – mühərrikin ən çətin hissəsini yaradırlar.
Adətən suqəbuledici kollektorun prototipini ənənəvi üsulla 4 ay ərzində istehsal edirdilər, bu prosesə təxminən 500.000 dollar sərf olunurdu. Indi isə, 3D çap istehsal müddətini 4 günə qədər azaltmağa imkan yaratdı, hətta qiyməti cəmi 3 min dollar təşkil edir. Həmçinin üstünlüyü ondadır ki, Ford kömək üçün artıq digər şirkətlərə müraciət etmir.
SLA 3D printeri Dirbornda, Miçiqan ştatı
İşçi 3D printerdə çap olunmuş detalları emal edir
Ford yalnız 3D çap deyil, digər ən son texnologiyalardan da istifadə edir. Bu, əritmə üsulu ilə modelləşdirmə, lazer stereolitoqrafiya, seçmə lazer aqlomerasiyası və yapışdırıcı şırnaqlı çapdır.
Ford şirkətinin beş 3D çap mərkəzindən üçü ABŞda yerləşir, digər ikisi isə Avropada. Dirborndakı, Miçiqan ştatı, zavodda hər il təxminən 20.000 detal istehsal edirlər. 2004-cü ildə şirkətin bütün zavodlarında cəmi 5000 detal istehsal edildiyini nəzərə aldıqda aydın olur ki, bu texnologiya həqiqətən daha məşhur olur.