Michael Paul Smithin fotolarında perspektiv möcüzələri
Michael Paul Smith bütün həyatı boyu çox sayda müxtəlif peşələrə yiyələnə bilib. O, rəngsaz, dərslik illüstratoru, muzey ekspozisiyalarının dizayneri, art-direktor kimi işləyib və hətta memarlıq maketləri hazırlayıb. Nəticədə, aldığı biliklər ona başqa bir işdə kara gəldi – Maykl gözəl fotoqraf oldu. Xüsusilə o, şəkilləri perspektivdən istifadə edərək yaratmağın məftunu oldu.
Təxminən 25 ildir ki, Smit miniatür avtomobil və binaların modelləşdirilməsi ilə məşğul olur, onlar uydurulmuş “Elgin Park”şəhərinin bir hissəsi olmalı idilər. Bu müddət ərzində o, bu kiçik şəhərin həyatından olan mini-səhnəciklərlə çoxlu şəkillər çəkib. Və hər bir fotoşəklin dərhal anlayamayacağın sirri var. Smit heyrətamiz şəkildə bir kadrda öz kiçik modellərini və real ətraf mənzərəsini uyğunlaşdıra bilir. Bununla belə, fotoşəkildə oyuncaq və real dünya arasındakı hədd seçilmir. Baxın, o, buna necə nail olur.