Cadillac Elmiraj konsepsiyasını 3D çap vasitəsilə ən azı 1 həftəyə yaratdılar
Yeni Cadillac Elmiraj avqust ayında Montereydə debüt etdi. Cadillac bəyan edir ki, Elmiraj layihəsi Art & Science design DNA brendinə doğru növbəti addımını nümayiş etdirir. Bu Elmiraj konsepsiyası gipsdən necə rəqəmsal modelə çevrildi və yenidən ustaların əlinə geri qayıtdı? Sən demə Elmiraj 3D çapın köməyi ilə yaradılıb.
Avtomobilin dizaynerləri çertyojlara əsasən gips modelin yaradılması ilə başladılar. 3D skanerlər miqyaslı modellərin səthində işıq təsvirini göstərir, bu zaman kamera əyrilik və ya kontur təhriflərini axtarır, fəzada obyektin yerini və istiqamətini qeyd edir. Rəqəmsal rejimdəki hər bir görüntü bütün avtomobil tam çəkilməyənə qədər digərləri ilə müqayisə edilir.
General Motors’ Design Fabrications Operations-dan Mayk Nolan Cadillac Elmirajın 3D görüntüsünü əldə etmək üçün skanerdən istifadə edir.
Riyazi modellər kompyuter layihəsi və gips modelin əllə yaradılması üçün əsas kimi çıxış edir. 3D skanerlər dizaynerlərə istənilən zaman əvvəlki layihələrdə dəyişiklik etmə imkanı verir. Tamölçülü modeli yaratmaq üçün bu məlumatları kompyuter vasitəsilə idarə edilən frezer dəzgahına yükləmək olar. Prototiplərin tez bir zamanda yaradılması üçün avtomobilin bir hissəsini 3D printerə göndərmək olar.
GM 2001-ci ildən 3D skanerlərdən istifadə edir, əsasən bütövlükdə avtomobil modelləri deyil, daxili və xarici elementlər üçün. Elmiraj istisna oldu. GM şirkətinin əsas dizayn emalatxanası Uorrendə, Miçiqan ştatı, yerləşir. Koliforniyadakı müasir dizayn studiyası isə hər bir nümunə, surət və detalı yoxlamaq üçün 3D skanerdən istifadə etmişdi.
“3D skanerin köməyi ilə biz bir həftədən az müddətdə çertyojlardan tamölçülü model əldə etdik”, – Bill Mattana, GM şirkətinin Uorrendəki Layihə mərkəzinin baş meneceri bildirdi. “Elmiraj sadəcə son dərəcə gözəl konsept-car deyil, o, həmçinin bizə 3D çapdan istifadə imkanlarını genişləndirməyə imkan verdi”.