Barak Obama – 3D heykəli çap edilən ilk prezidentdir
Çərşənbə günü Ağ evdəki istehsalçıların yarmarkasında 3D təsvir əsasında hazırlanan prezidentin ilk 3D çap portreti təqdim edildi. 3D çap büst Milli Portret Qalereyasının kolleksiyasının bir hissəsi olacaq.
Bu ilin əvvəllərində Smitson institutundan olan komanda 3D sənədləşmənin iki müxtəlif texnologiyasından istifadə edərək prezidenti “skan” etdilər. Cənubi Koliforniya Universitetindən olan ekspertlər “Light Stage” üz üçün öz şəxsi skanerlərindən istifadə etdilər ki, yüksək həll zamanı prezidentin üzünü bir qulaqdan digər qulağa qədər təsvir etmək mümkün olsun. Sonra Smitson institutundan bir qrup əllə idarə olunan 3D skanerlər və ənənəvi SLR fotokameralarından istifadə etdi ki, detallaşdırılmış büstün yaradılması üçün periferik 3D məlumatları qeyd etsin.
Yüksək imkanlı son modeli yaratmaq üçün əldə olunan məlumatlar üzərində 3D qrafika mütəxəssisləri PT şirkəti , Autodesk, ilə birlikdə işlədilər. Dəqiq maska və büstü isə daha sonra 3D Systems şirkətinin SLS 3D printerləri vasitəsilə çap etdilər.
Milli Portret Qalereyasının kolleksiyasında hər bir prezidentin çox sayda şəkli, eləcə də Avraam Linkoln və Corc Vaşinqtonun gips maskaları mövcuddur. Əvvəllər prezidentlərin maskaları gips surətləri əsasında yaradılırdı, beləliklə, gipsi bilavəsitə prezidentlərin üzlərinə vurmaq lazım idi, nəfəs alma isə burundan çıxan borucuqlar vasitəsilə həyata keçirilirdi.
Alimlər XXI əsr texnologiyasından istifadə edərək bu prosesi yaxşılaşdırmaq qərarına gəldilər. Obamanın skan edilmə prosesi Ağ evdə reallaşdı və təxminən 15 dəqiqə davam etdi. 3D şəkil yüksək dəqiqlikli 3D çap maskanın yaradılması üçün əsas oldu.