Mühtəviyyata keç

Qumdan Babil qüllələri: Günəş enerjisi ilə işləyən 3D çap göydələn

İyun 24, 2014

Təsəvvür edilməsi belə çətin olan məkanlarda davamlı, ekoloji təmiz tikinti – bu, gələcəkdə 3D printer vasitəsilə reallaşacaq.

e80cbf16c67d5514fe4a49190aadfc99

Tsyu Sonq, Ren Nuya, Bay İn, Qo Şen daxil olmaqla Çin dizaynerlər komandası “Qumdan Babil qüllələrini” layihələşdirdi – bu, 3D printer və kranların köməyi ilə tikilməsi mümkün olan bina kompleksinin unikal konsepsiyasıdır. Bu model hər il keçirilən 19-cu eVolo göydələn müsabiqəsində iştirak etdi və burada həvəsləndirici mükafatı aldı. Müsabiqə Planetdə su ehtiyatları və enerji çatışmamazlığı problemini həll edə bilən gələcək göydələnlər haqqında maraqlı fikirləri olan dünyanın hər yerindən rəssam, dizayner və memarlar üçün nəzərdə tutulub.

fe84fbdcff1040252ddebe06ba34500b

Belə bina kompleksinin tikilməsi üçün texnologiya artıq mövcuddur, lakin ən ilkin inkişaf mərhələsini yaşayır. Keçən il Markus Kayser Günəş enerjisi ilə işləyən qum 3D printerini təqdim etmişdi. Bu texnologiyanın miqyasını artırmaq lazımdır, həmçinin böyük göydələnlərin tikintisində istifadə etməzdən öncə əlbəttə ki, sınaqdan keçirmək lazımdır, lakin bu,  çox uzaq olmayan gələcəkdə baş verə bilər.

a46449c8d397d512006d40cde5ce5e98 e86881601e69fdb173b06e7eb3c47326

Qumdan Babil qüllələri iki əsas hissədən ibarətdirlər. Birinci hissə torpağın üzərində yerləşir, burada insanlar yaşayır və ya işləyir. Üst hissənin dizaynı “tornado və göbələk qayalar” adlandırılan təbiət hadisələrini xatırladır. Struktur hava dövranına, habelə yuxarı hissədə suyun kondensasiyasına şərait yaradan ikili borulardan ibarətdir, buna da müxtəlif temperatur burulğanı sayəsində nail olunur. İkinci hissə qüllələri birləşdirən bir çox yeraltı tunellərdən ibarətdir, eləcə də axar qum təpələrinin zəifləmə mexanizmi kimi də fəaliyyət göstərirlər. Tunellər binalar arasında qarşılıqlı əlaqəni asanlaşdırır və əlavə sabitlik və strukturun davamlılığı üçün əsas sistem rolunda çıxış edirlər.

34f9ebfc4766444a934eb99c72b224c6

Bu növ binaların tikintisinə başlamaq üçün onillikləri gözləməyə ehtiyac olmayacaq, texnologiya çox sürətlə inkişaf edir, tezliklə 3D çap irimiqyaslı tikinti layihələrini ayrılmaz hissəsi olacaq.

From → 3D Printer

Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma