Mühtəviyyata keç

17 yaşlı şagird 3D printer layihələşdirdi

İyun 26, 2014

Plastik əsasında çap edən 3D printerlər uzun müddətdir ki, nadir olmaqdan uzaqdırlar. Lakin metal çap edən printerlər hələ də  olduqca bahalıdırlar və hər kəs onu özünə icazə verə bilməz. Bu növ printerlərin əsasında SLS – metal tozun selektiv lazer aqlomerasiyası – texnologiyası durur. Bu texnologiya çox bahalıdır, belə ki, çox sayda xammal və digər xərclər tələb edir.

3ea50c9d715ef865d5f53c6b563fe116

Saqar, Qovani məktəbindən 17 yaşlı gənc, SLS texnologiyası əsasında metal çap edən ucuz 3D printer hazırlamağa cəhd edir. Saqar plastik lif əvəzinə “mürəkkəb” kimi metal teldən istifadə edir. Cihaz teli əridən qızdırıcı ilə təchiz olunub ki, 3 mm diametrlik ucluqdan keçsin, eləcə də quru buz əsasında işləyən soyutma sistemi ilə.

Saqar layihə üzərində işləyərək məqsədlər qoyur:

  • Printerin qiyməti 1000$-dan artıq olmayacaq;
  • Cihazın ölçüsü standart 3D printerlərə uyğun olacaq;
  • Maksimal dərəcədə b/u və işlənmiş komponentlərdən istifadə etmək;
  • 3D çap prosesi son dərəcə sadə və təhlükəsiz olmalıdır.

Hal-hazırda Saqar şəxsi 3D printeri üçün xüsusi ekstruderin layihələndirilməsi ilə məşğuldur. Belə ki,  məktəbli  metal çap edən və hər kəs üçün əlçatan  printer yaratmağa cəhd edirdi, layihəsinin  açıq çıxış kodu var.

0e930915ddf75df860f7521da017ba4b

Saqarın istifadə etdiyi material müvafiq olaraq 95.8%, 4% və 0,2% qalay, mis və gümüşdən ibarətdir. ərimə prosesi Selsi ilə 235 dərəcədə baş verir, məhz bütün mürəkkəblik budur –belə temperatur rejimində  işləməsi üçün ekstruder kifayət qədər möhkəm olmalıdır.

Layihə final mərhələyə çatdıqda,  gənc Kickstarterdə ekstruder istehsalı üçün vəsaitin toplanması üzrə kampaniyaya başlamağı planlaşdırır. Saqar iddia edir ki, bir ekstruderin istehsalı təqribən 75$ olacaq, deməli, pərakəndə qiymət 150$ təşkil edəcək.

57bd229aec37de48d9af2018cfd35005

From → 3D Printer

Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma