Dünyada ilk 3D çap avtomobilin ən yaxşı layihəsi
8-14 sentyabr 2014-cü ildə Çikaqoda International Manufacturing Technology Show 2014 (Beynəlxalq İstehsal Texnologiyaları) sərgisi keçiriləcək. Proqramda Möhtəşəm şou olacaq – interaktiv rejimdə bütöv bir maşının üçölçülü çapı.
Layihənin müəllifi – Local Motors şirkəti – bu ilin aprelində ən yaxşı ilk üçölçülü avtomobil layihəsi müsabiqəsini elan etdi. Müsabiqə 6 həftə davam etdi, bu müddət ərzində 30-dan çox ölkədən 200-ə yaxın insan ərizə verdi. Mütəxəssislərə liderləri seçmək çətin idi, hər halda 7 ən layiqli işləri seçdilər.
Mütəxəssislərin fikrincə birinci yer
Strati adlı avtomobil lider oldu. Istehsalçı-müəllif Migel Anoe (İtaliya). Maşının unikal dizaynı var: onun korpusu yığılma olmadan bir seansa çap edilir, ayrılmaz hissəlidir. Dəyişiləbilən oturacaqlar səyəsində sahibi salonun material və rəngini dəyişə bilər. Maraqlı detallardan biri də karbon lifdən hazırlanmış faralar üçün söykənəcəkdir. Yığılan dam da (üstəlik, bu çox praktikdir) marağa səbəb olur.
Migelə mükafat olaraq 5 min dollar veriləcək, eləcə də ideyasının geniş ictimaiyyətə təqdim olunacağı IMTS Show-ya dəvət olunacaq. Digər qaliblər də mükafatlarını alacaqlar və dünya səviyylə Local Motors birliyinin üzvləri arasında məlum olacaq. Digər qaliblər üçün pul mükafatı adambaşına min tollar təşkil edəcək.
Cəmiyyətin fikrincə birinci yer
Local Motors birliyi hesab edir ki, birinci yerə Taurusnutun (Greg Thompson) müəllifi olduğu Internal Strut Frame layiqdir. O, əvvəldən ictimaiyyətin diqqətinə layiq idi. Bu avtomobilin dizaynını ultra müasir kimi xarakterizə etmək olar. Üst səthin saxlanması üçün konstruksiyanı daha yüngül və möhkəm edən şaquli dayaqdan istifadə edilib.
İnnovasiya mükafatları
iMan-dən Aeroblade
Aeroblade-də də Internal Strut Frame-dəki kimi şaquli dayaqlardan istifadə olunub. Bu, mövcud 3D texnologiyasının üfüqi intervalları doldurmaq qabiliyyətinin olmamasını kompensasiya edir. Mütəxəssislər bu dizaynı futuristik kimi xarakterizə edir.
Baunarsch-dən 3DPCX
Bu avtomobil səliqəli salonu və qeyri-adi karkası ilə orijinaldır.
Sebastian.dib10- dən LM Supernova
Bu avtomobilin salon elementləri təkcə ultra-müasir deyil, həmçinin yüksək funksionaldır.
Velocityopen-dən Mirage
Avtomobildə təhlükəsizliyi təmin edən quraşdırılmış 3D çap konstruksiyası var. O, texniki cəhətdən mükəmməldir.
Chavito-dən LM e-Spider
Bu avtomobil- minimalizm təcəssümüdür. Sərt iqlim şəraitindən sürücünü xüsusi qurğular, ön şüşə və dam qoruyacaq.
Qalibləri təbrik edirik!!!