Pattayada 3D muzeyi – Art in Paradise
Muzey 2012-ci ilin yayında Taylandın Pattaya şəhərində açılıb. Muzeyə səfəri demək olar ki, heç bir turizm şirkəti təklif etmir, hətta xəritədə də qeyd olunmayıb.
Muzey Second Roudda yerləşir, delfinli fontana çatmamış, Tiffany teatr-kabarenin qarşısında. Əgər Second Roudla getsəniz Alcazar teatrını, Big C ticarət mərkəzini keçmək lazımdır, sonra kiçik mağaza Family Martı keçmək lazımdır, onun arxasında yanacaq doldurma olacaq, yanacaq doldurmanın arxasından sağa muzeyə doğru dönmək lazımdır. Muzeyə Şimal yoldan da dönmək olar, döngə zərgərlik mağazası World Gem-in yanındadır, sonra yol boyunca Big Eye yazılı binaya qədər getmək lazımdır, sonra isə sağa dönürük. Muzeyin şəxsi avtomobil dayanacağı da var.
Muzeyə girişdə ayaqqabıları qoymaq üçün bağlama verilir. Içəridə hər kəs ayaqyalın gəzir. Muzeyin başlanğıcında rəsmlər var. Rəsmlərdə müxtəlif ölçülü, lakin eyni çəkili və ya eyni uzunluqlu obyektlər təqdim olunur. Bir az irəlilədikdə divarlarda həcmli rəsmlər görülür. Həcm rəsmin məhdud kənarlarından obyektin çıxıntısı vasitəsilə əldə olunur. Hər şey çox gözəl çəkilib. Bir neçə rəsmi keçdikdən sonra daha da maraqlı şəkillər başlayır və fərasət işə düşür – rəsmə yaxınlaşaraq necə daha məzəli şəkil çəkdirmək olar. Bəzi rəsmlərdə şəkil çəkdirmək üçün insanlar növbədə gözləyir.
Hər otaqda rəsmlər getdikcə daha həcmli və maraqlı olur. Muzeydə gəzinti təqribən 2 saat davam edir. Çıxışda ayaqqabıları geyinib muzeyin kafesində qəlyənaltı edə bilərsiniz. Qeyd edək ki, muzey həftəiçi saat 09:00-dan 21:00-a qədər, bazar günləri isə 20:00-a qədər işləyir.
Muzeyə gedərkən şəkillər üçün yer qalsın deyə foto kameralarınızın enerjisini doldurun və telefonlarınızın yaddaş kartını boşaldın 🙂