Amanda Bokstel 3D çap hibrid exoskeleton sayəsində yenidən gəzə bilir
3D Systems Budapeştə keçirilən tədbirdə Ekso Bionics ilə müştərək hazırlanmış dünyada ilk 3D çap hibrid, mexaniki exoskeleton kostyumu təqdim etdi.
Amanda Bokstel, yazıçı və peşəkar diktor, yoxlayıcı kimi çıxış etdi.
1992-ci il 27 fevralda Amanda Aspendə , Kolorado ştatı, dağ-xizək kurortunda istirahət edirdi, orada onunla bədbəxt hadisə baş verdi. Nəticədə qurşaqdan aşağı iflic oldu. Iflicə baxmayaraq, hibrid 3D mexaniki exoskeleton kostyum ona dayanmaq və hərəkət etmək şansı verdi.
“Çox illər arzuladıqdan sonra çox minnətdar və həyəcanlıyam ki, tarixə düşəcəm, belə ki, mənim üçün hazırlanmış 3D çap ekzo-kostyum sayəsində gəzə biləcəm” – Amanda Bokstel dedi.
Amandanın ölçülərində uyğunluq əldə etmək üçün 3D Systems dizaynerləri 3D skanerdən istifadə etdilər ki, onun bədəninin konturlarını rəqəmsallaşdırsınlar və konstruksiyanın formalaşdığı əsasda onu təcəssüm etdirən üçölçülü əsas yaratsınlar.
Ekso Bionics tərəfindən hazırlanmış və təmin edilmiş mürəkkəb mexaniki ötürücülər və idarəetmə bloklarını sonra şəkillər əsasında hazırlanmış digər 3D çap elementləri ilə birləşdirdilər ki, ilk dəfə sifariş edilmiş kostyumu hazırlasınlar.
“Bu layihə bir araya gələn insan yaradıcılığının və texnologiyanın təntənəsini özündə əks etdirir ki, son dərəcə gözəl, dəbli və ekoloji dizaynda özünün əsl funksionallığı bərpa etsin”, – Bokstel deyir.