3D çap informasiya cəmiyyətindəki paradoksu simvolizə edir
Müasir informasiya cəmiyyətində hər bir hökümət və korporasiya əlindən gələni edir ki, son dərəcə həcmli məlumatı əldə etsin. Smartfonlardan fəal istifadə edən və sosial şəbəkələrin üzvü olan insanlar servis provayderlərinə toplanma və fərdi məlumatlardan istifadə üçün bütün hüquqları təqdim ediblər.
Insan dərisini real vaxt rejimində istifadəçi məlumatlarının əks etdirilməsi kimi nümayiş etdirən 3D çap paltar müasir İnternet mədəniyyətini, fərdi məlumatlar mübadiləsinin üsul və mexanizmini öyrənmək niyyətindədir.
“X.pose” adlı layihənin ideyası Pedro Oliveyra və Ksuedi Çenə məxsusdur. Onlar lahihəni “məlumatlarla idarə olunan heykəl” adlandırırlar.
Paltarı yaratmaq üçün dizaynerlər ilk öncə 1 ay ərzində Node.js və PhoneGap köməyi ilə smartfon vasitəsilə istifadəçilərin fərdi məluamatlarının toplanması üçün xüsusi mobil proqram və server yaratdılar. Toplanmış informasiya massivi sonra nümunənin yaradılması üçün emal prosesindən keçir, sonra isə 3D modelə çevrilmək üçün Rhinoya ixrac edilir. Bu mərhələdə dizaynerlər xeyli təcrübə aparmalı oldular ki, eyni zamanda plastik və etibarlı olan materialı seçsinlər.
Proqram və server məlumatların dərəcəsindən aslı olaraq parça torundan istifadəsi və şəffaflıq səviyyəsinin dəyişdirilməsi üçün məlumatları real vaxt rejimində istifadə edirlər. Facebook və digər sosial şəbəkələrdə nə qədər çox informasiya “passiv yaradılırsa”, o qədər də istifadəçinin bədəni açıq, tor isə daha az görünən olur.
Sonra 3D paltarı plastik materiallardan çap edirlər