Normal istifadəçinin qulaqlarına uyğunlaşan fərdi 3D çap qulaqcıqlarını təqdim edir
Normal şirkəti ABŞ bazarında müştərinin qulaq şəkillərinə görə sifarişlə hazırlanan fərdi 3D çap qulaqcıqlarını təqdim etdi. Normal qulaqcıqları istifadəçinin qulaqlarının parametrləri və xüsusiyyətlərinə uyğun olaraq hazırlanır. Normalın smartfonlar üçün olan proqramının köməyi ilə istifadəçilər hər bir qulağı çəkə, əldə olunan məlumatları Normala göndərə bilərlər, sonra şirkətin mühəndis və dizaynerləri istifadəçiyə ideal uyğunlaşan qulaqcıqları layihələndirirlər.
Normal şirkətinin baş direktoru və təsisçisi Nikki Kofman
Sifariş yerinə yetirildikdən sonra Normal müştərinin istəkləri əsasında komponentləri toplayır, sonra isə Nyu-Yorkdakı ofisində Stratasys Fortus 250mc printerinin köməyi ilə fərdi qulaqcıqları 3D çap edir. Sifarişin yerinə yetirilməsi onun həyata keçirilməsi anından 48 saat ərzində istehsal edilir.
Şirkət Normal proqramını iTunes App Store və ya Google Play Storedan pulsuz yükləməyə imkan yaradır. Normal qulaqcıqlarını indidən 199 $-a sifariş etmək olar, hazır məhsulu isə avqustun əvvəli əldə etmək mümkündür.