1000% miqyasında 3D çap olunmuş turbilonun nadir funksional modeli
Vaxtın ölçülməsində turbilon saatın tətik mexanizmi kimi və dəqiqliyin artırılması üçün nəzərdə tutulub. Baxmayaraq ki, onu təqribən 1795ci ildə franko-isveçrəli saatsaz Abraham- Lui Breqə ixtira edib, turbilon hələ də bahalı müasir mexaniki saatların tərkib hissəsini təşkil edir.
“Turbilon mexanika gözəlliyinin ən ali ifadəsidir”, -Nikolas Manosos deyir, mühəndis və saatsaz. Belə ki, mexanizmin bütün mürəkkəbliyini anlamaq üçün onu tam həcmdə nəzərdən keçirmək çətindir, Manosos 3D çap texnologiyasından istifadə edərək 1000% miqyasında turbilon modelini layihələşdirmək qərarını verdi.
Lakin nə üçün miqyas məhz 1000% seçilib? Layihənin müəllifi təsdiq edir: “1000%-lik miqyas – bu, müasir 3D printerlərin həlli imkanlarının nəticəsidir”. Manosos son 3 il ərzində öz turbilonunun layihələşdirilməsi və prototipləşməsi ilə məşğul olurdu. Model Corc Denielsin koaksial tətik mexanizminin simmetrik variantıdır və Manososun müstəqil şəkildə layihələşdirdiyi və kalibrasiya etdiyi Delta Kinematics robotu vasitəsilə isə çap olunub. Manosos mexanizmin bütün elementlərini 200 mikron ixtiyarlı Pla-dan çap edib.Yeganə hərəkət edən detal, hansını ki, çap etmək mümkün olmadı – diyircəkli podşipnikdir.