3D printer və Raspberry Pi-dən istifadə edərək öz əllərinlə Game Boy
Bu il Nintendo özünün Gameboy adlı oyun konsolunun 25 illik buraxılış yubileyini qeyd edir. Əgər siz əşyaları özünüz layihələşdirməyi xoşlayırsınızsa və 3D printeriniz varsa, sizə 3D çap detalları və əldəqayırma elektronikanın köməyi ilə sərbəst şəkildə Gameboyu yığmağı təklif edirik. Adafruit Gamegirlun Raspberry Pi vasitəsilə yaradılmasını, SNES kontrolleri və 3D çap korpusunu təsvir edən xüsusi layihəni dərc edib.
Belə detal və alətlər sizə lazım olacaq:
Detallar:
- Raspberry Pi Model B
- PiTFT Mini dəsti
- Kabel GPIO Pi
- PowerBoost 500
- Micro Lipo Enerjı qurğusu
- Kontroller SNES
- 2200 mAh Litium silindrik batareya
Alət və ləvazimatlar:
- 3D printer
- Lehim aləti və lehim üçün metal
- Məftillərin təmizlənməsi üçün kəlbətin
3D çap korpusa bütün komponentlər yerləşəcək, onun rəngini isə müstəqil şəkildə seçə bilərsiniz. Korpus iki hissədən ibarət olacaq, hansılar ki, minimal çap sahəsi 150 mm x 150 mm x 100 mm olan FDM3D printerdə çap üçün optimallaşdırılırlar. Adafruit Printrbot, TAZ4, Rep Rap və ya Мakerbot kimi printerlərdən istifadə etməyi tövsiyə edir. Sonra detalları Philips vintləri ilə birləşdirmək və bərkitmək lazımdır.