Postdamda uçan ağac
Yaradıcı duet Mario Şu və Daniel Sayerinq bu yaxınlarda fikirləşdilər ki, adi və heç bir şeyi ilə cəlbedici olmayan ağacdan necə həqiqətən fantastik bir obyekt düzəltsinlər.
Əvvəlcə onlar ağacın gövdəsinin kiçik bir hissəsini plyonkayla sarıdılar, sonra isə sprey boya vasitəsilə onun üzərinə üfüq xəttini və fonunda ağac yetişən mənzərə təsviri çəkdilər. Ideyanın uğuru təsvirin nə qədər reallığa uyğun olacağından asılı idi və onlar maksimal oxşarlığa nail oldular. Əgər ağaca uzaqdan baxsan, gövdənin bir hissəsinin yoxluğu diqqəti cəlb edəcək- sanki onu kəsiblər – lakin ağacın üst hissəsi möcüzəvi şəkildə havada asılı qalıb. Əlbəttə, bu cür illüziyanı tapmaq asandır, ağaca yaxınlaşmaq kifayətdir, lakin adi gözlər üçün o, həqiqətən qeyri-adi və effektli görünəcək.
Özünüz baxın!!!