Iran tibbi 3D çap protezlər üçün texnologiya hazırlayır
Pardis Technology Park 3D çap mərkəzinin İran bölməsinin idarə heyətinin sədri Muhəmməd Cavad Kəriminin sözlərinə görə ABŞ sanksiyaları bəzi inqilabi texnologiyalara İran sərhədlərini aşmağa imkan vermir.
Kərimi qeyd edir ki, ölkəyə metal 3D printerlərin və 3D modelləşdirmə proqramlarının daxil edilməsi qadağan idi. Texnologiya mərkəzi bir neçə digər maşınları əldə etməyə nail oldu, lakin sanksiyaları keçmək məqsədi ilə tədqiqatçılar bu ilin sonuna kimi tibbi prototiplərin istehsalı üçün şəxsi 3D printerlərini hazırlamaq niyyətindədirlər.
Bununla yanaşı İran şirkəti Nokhbeh Mehvar Fars tibbi 3D çap protezlərin istehsal planı haqqında bəyanat verib və onların dəyərinin oxşar idxallardan ucuz olacağını bildirib.
Şərh yaz