Italyan dizayner qəhvə və gil tullantılarının qarışığından 3D çap edir
Italyan dizayner və mühəndis Françesko Paçelli qəhvə və gil tullantılarının qarışığından olan əşyaların çapı üzərində təcrübə aparıb.
Paçellinin layihəsi “Hoop” adı alıb. Ideya qida tullantıları və saxsı materialların yenidən emalına əsaslanır ki, bunun nəticəsində də qarışıqlardan qida məhsullarının saxlanılması, qurudulması və hazırlanması üçün avadanlıqların 3D çap edilməsi mümkün olsun.
Təcrübənin nəticələri son dərəcə maraqlı idi, belə ki, yeni qarışığın çapı zamanı obyektlərin keyfiyyəti daha yüksək idi, nəinki adi gilin istifadəsi zamanı.
Daha mühüm bir nəticə bişirilmə ilə bağlıdır. Çap prosesinin sonunda obyektləri qurudulması üçün günəş altına qoyur və ya 9saat ərzində 1050° dərəcə temperaturda sobada bişirirdilər. Bülə yüksək temperaturda ekoloji komponentlər (qəhvə tozu) yanıb kül olurdu, gil isə donurdu. Hazır məmulatlar ənənəvi keramika ilə müqayisədə çox möhkəm, məsaməli və yüngül olurdular.
Bu üsulu saxlanma, qurudulma və ya qidanın hazırlanması üçün nəzərdə tutulmuş müxtəlif qurğuların istehsalı üçün istifadə etmək olar.