İndi Apple iWatch-u evdə çap etmək olar
Şirkətin hər bir yeni məhsulunu tamaşaçılar səbirsizliklə gözləyirlər, lakin Apple iWatch əvvəlki məhsulların bütün rekordlarını təzələdi. Çoxlarının fikrincə bu yenilik yaxın zamanlarda bazarda peyda olacaq, təqribən bu ilin payızında. Bununla belə, qərar Apple şirkətinindir. Bir fakt danılmazdır- bu qurğu yeni nəslin mexanizmidir.
Əgər siz Apple şirkətinin məhsullarının pərəstişkarısınızsa, həmçinin iPod Nano və 3D printer sahibisinizsə onda artıq indi siz iWatch sahibi ola bilərsiniz. Necə? Hər şey çox sadədir.
Dizayner Stüart Devis My Mini Factory-də iPod Nano qayışlarını çap etmək üçün fayllar dərc etdi. Faylları tamamilə pulsuz yükləmək , sonra isə evi tərk etmədən müstəqil şəkildə çap etmək olar. 3D printer sahibi olmayanlar üçün isə bizim sevindirici xəbərimiz var. 9.99 $-a hazır qayışı əldə etmək olar.
Qayış yalnız iPod Nano 6 üçün münasibdir. Qayışın rəngi müxtəlif ola bilər, istifadəçilərin istəklərindən asılı olaraq. Lakin material seçimi o qədər də çox deyil. ABS və PLA sərt plastik növləri uyğun deyillər, lakin NinjaFlex materialı öz elastik xüsusiyyətlərinə görə əla seçimdir. Ikili düymələr sayəsində iPod Nano qayışa möhkəm və etibarlı bərkidilir.
Standart SLS 3D printerində çap prosessi təqribən 60-75 dəqiqəyə tamamlanacaq. Materiala qənaət etmək üçün layihənin müəllifi onu dəstəkləyən materialsız çap etməyi məsləhət görür.
Əlbəttə ki, bu növ saatların əsl Apple iWatch ilə heç bir əlaqəsi yoxdur. Lakin bu, dostlarla zarafat etməyin əla yoludur, belə bir fikir isə 1$-a başa gələcək.