Yapon layihəçilər 4 metrlik delta 3D printer Magna-nı təqdim etdilər
Yapon şirkəti GenKei “Magna” adlı yeni nəhəng delta 3D printer layihələşdirib. Magna memarlıq, tammiqyaslı mebel elementlərini, məhsul və tamölçülü insan fiqurlarını çap etmək üçün nəzərdə tutulub.
Delta texnologiyası printerin bütün oxlarının eyni vaxtda hərəkət etdiyini və bir-birini tamamladığını nəzərdə tutur. O, maksimum dəqiqliklə çap başlıqlarının yerini X, Y və Z oxları boyunca dəyişir. Delta konstruksiyalı 3D printer çox hündür obyektləri çap etməyə qadirdir.
Delta 3D printer Magna olduqca möhkəm konstruksiyaya malikdir, hansı ki, böyük alüminium çərçivələrdən və lazerlə kəsilmiş paslanmayan polad panellərdən ibarətdir. Bu növ konstruksiya mühərriyin işindən yaranan vibrasiyanın, icra elementi və millərdən yaranan titrəyişin qarşısını alır.
Magnanın hündürlüyü 4metrdir, lakin onu 5 metrə qədər uzatmaq olar, çap sahəsinin diametri 1.4 metr və hündürlüyü 2 metrdir. O, 5 metr hündürlükdə olan zaman 3 metrədək olan obyektləri çap etmək iqtidarındadır.
3D printer Magna Pla liflərindən çap edir, amma layihəçilər həmçinin dənəvərlənmiş (toz) plastikdən də istifadə imkanlarını nəzərdən keçirirlər.
3D printer Magnanı iş prosesində aşağıdakı videoda izləyə bilərsiniz: