Printednest – 3D çap quş yuvası
3D texnologiyasının imkanlarını inkişaf etdirən və öyrənən bir qrup memar və dizayner yeni texnologiyanı quşların xeyrinə istifadə etmək istəyirlər.
“Printednest” adlı 3D çap cəmiyyəti 3D çap yuvadan istifadə edərək quşları şəhərə qaytarmaq məqsədilə dizayn layihəsini təqdim edir. Rəhim Cəfəri Printednest layihəsinin iştirakçılarından biri nəql edir ki, yeni layihənin əsas məqsədi 3D çap vasitəsilə istənilən ideyanın həyata keçirməyin, bir neçə peşəni bir araya gətirmək və öz bacarığını göstərməyin mümkünlüyünü insanlara göstərməkdir.
Quşlar üçün yuvaların standart konstruksiyası təbiət motivləri əsasında yaradılıb: yuvanın korpusu yumurta formasında quş yuvasıdır, dirək isə maral buynuzu əsasında yaradılıb. Bütün elementlər xüsusi bərkidici sistem vasitəsilə birləşdirilir. Bu yuvanı çəkinmədən pəncərəyə bərkitmək olar.
Layihə açıqdır, istifadəçilər pulsuz şəkildə quşlar üçün yuvanı Thingiverse, 3dfilemarket və Shapewaysdə yükləyə, sonra isə 3D çap edərək dünya birliyinin cəmiyyəti Printednestdə qeydiyyatdan keçə bilərlər. Yuvanı istəyə görə xüsusi onlayn alətlərin köməyilə müxtəlif rəng və formanı seçərək, yaxud hər hansı bir yazını əlavə edərək dəyişmək olar. Printer olmadığı halda hazır 3D çap yuvanı sifariş etmək olar və o, sonradan poçt vasitəsilə çatdırılır.
Printednest komandası yuvanı Pla materialından- üzvi və bioloji cəhətdən parçalanan plastikdən çap etməyi məsləhət görür. Çap prosesini sürətləndirmək üçün layihənin müəllifləri eləcə də yuvanı aşağı həll ilə çap etməyi məsləhət görür – buna görə də hər məhsulun üst səthi müxtəlif tərkiblidir ki, bu da hər quş yuvasını unikal edir.