Mühtəviyyata keç

ABŞ-da əsgərlər üçün qida 3D printerdə çap edilir

Avqust 9, 2014

Qurğu verilmiş parametrlər- kalori, protein, karbohidrat və vitamin miqdarı-  ilə qida istehsal etməyə qadirdir.

ABŞ-ın hərbi mütəxssisləri hərbi şəraitdə 3D printerin köməyilə qida istehsal edə bilən texnologiyanı yaratdılar. Bu barədə Londonun Times qəzeti xəbər verir.

3814977

“Hərbi əməliyyatlarda iştirak edənlərin vəziyyəti əsasən qidanın keyfiyyətindən asılı olur, – nəşriyyat qeyd edir. İndi Massaçusets  texniki institutunun elmi kollektivinin iştirakı ilə amerikalı alimlər verilmiş parametrlər əsasında qida istehsal edə bilən 3D printer istehsal ediblər.  Onlar kalori, karbohidrat, protein və vitaminin miqdarını daxil edirlər”.

Qidanın tərkibi operator tərəfindən kompüterə daxil edilir, hansı ki, printerə müəyyən inqrediyentləri istifadə etməyi əmr edir, o, eləcə də qidaya döyüş şəraitinə uyğun formanı verməyə qadirdir. Bu zaman hərbçilərin zövqləri nəzərə alınır. “ Texnologiya  həmçinin hərbi əməliyyat ərazisində qoşunun ərzaq ilə təmin olunmasında xərcləri azaltmağa imkan verir, – ABŞ ordusunun hərbi logistika sahəsində mütəxəssisi Loren Oleksik bildirib. – O, həmçinin əsgərin payına daxil olan qida çeşidini çoxaldır”.

Bildirilir ki, 3D printerdə yaradılan qida pizza və ya piroq formasında ola bilir.

Astronavtlar üçün də qida çap olunacaq

Qəzetdə qeyd olunur ki, NASA da 3D printer vasitəsilə gələcək astronavtlar üçün qida işləyib  hazırlayırlar.

“Amerikan hərbçilər 3D çap vasitəsilə hərbi hazırlıq səviyyəsini artırmağa, döyüş bölmələrinin fəaliyyətinin səmərəliliyini artırmaq və imkanlarını genişləndirməyə, habelə hərbçilərin rahatlıq səviyyəsini yüksəltməyə çalışırlar, –  nəşriyyat yazır. – Ümumiyyətlə bu texnologiya ayrıca sistem kimi hissələrin fəaliyyəti üçün xüsusi şərait yaratmağa imkan verir”.

From → 3D Printer

Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma