3D çap TurboRu ləqəbli küçüyün həyatını xilas etdi
TurboRu ləqəbli Çixuaxua qüsurlu doğulub,ona görə də qabaq pəncələri inkişaf etmirdi. Bu səbəbdən1ay əvvəl sahibi küçüyü baytarlıq klinikasında tərk etdi və orada işləyən tibb bacısı Eşli Luper onu özünə götürdü.
Eşli küçüyün hərəkət edə bilməsi üçün cihaz hazırlamaq istəsə də alınmır, buna görə də o, avtomobil və aviakosmik sənayesində 20 il təcrübəsi olan və 3dyn şirkətinin baş direktoru Mark Dedrika müraciət etdi, beləliklə də Mark Dedrik küçük üçün xüsusi araba hazırladı.
Mühəndis arabanın modelini 3D modelləşdirmə üçün xüsusi proqramda layihələşdirdi, ardınca isə MakerBor Replicator 3D printerində çap etdi. Çap 4saat davam etdi. Sonra Dedrik cihaza təkərləri bərkitdi və TurboRuya göndərdi.
Əlbəttə ki, TurboRu yeni arabası vasitəsilə hərəkət etməyə vərdiş etməli və öyrənməlidir, bununla belə, bu onda əla alınır.