Disney şirkəti demək olar hər bir 3D çap obyekti fırlanğıca çevirə bilər
Fırlanğıc və yo-yo ən qədim oyuncaqlardan hesab olunur, lakin Disney Research Zurich və ETH Zurichdən olan tədqiqatçılar onları daha müasir etməyin üsullarını fikirləşiblər: onlar istənilən formalı 3D modeli ideal tarazlayıcı fırlanğıca çevirə bilən alqoritm icad ediblər.
Həmin alqoritmin vasitəsilə obyektin 3D modelini yaratmaq olar, sonra isə bir neçə saniyə ərzində obyekt daxilində kütləni necə yaymaq lazım olduğunu hesablamalıdırlar ki, istənilən ox ətrafında fırlanmanı təmin etsinlər. Bəzən obyektin tarazlığını təmin etmək üçün onun daxilində bir neçə boşluq yaratmaq kifayətdir; digər hallarda obyektin formasını bir qədər dəyişmək və ya bəzi elementləri daha ağır etmək lazımdır.
Yeni üsul ox üzərində istifadəçi tərəfindən təyin olunmuş fırlanma imkanlarını ölçür. Sonra proqram fırlanma oxu üzərində kütlənin asimmetrik yayılma və kütlə mərkəzinin maksimal dərəcədə aşağı yerləşdirilməsini optimallaşdırır.
Bu üsuldan istifadə edərək tədqiqatçılar dinamik fırlanma xüsusiyyətlərini optimallaşdıraraq çaydan formasındakı obyekti yaratmağa və 3D çap etməyə nail oldular. Bu üsul geniş çeşidli 3D modellər üçün uyğundur, cizgi film persanajlarından abstrak formalara kimi. Bu yanaşmanı fırlanan deyil, tarazlayıcı obyektlərin layihələndirliməsi üçün uyğunlaşdırmaq olar.